Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Kosalar kənd sakinləri doğma torpaqlarına qayıdacağı günü səbrsizliklə və inamla gözləyirlər

0




  • Kosalar kəndi Xocalı rayonunda, Qarabağ silsiləsinin şimal-şərq yamacında, rayon mərkəzindən 16 km cənub-qərbdə yerləşir. İşğaldan əvvəl əhalisi 1400 nəfərə yaxın idi. Əhalinin məşğul olduğu əsas təsərrüfat sahəsi heyvandarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq, atçılıq taxılçılıq olmuşdur. Kənddə orta məktəb, iki klub, iki kitabxana, iki tibb məntəqəsi və rabitə şöbəsi, alban kilsəsinin xarabalığı və s. də vardı. 9 may 1992-ci il tarixdə kənd ermənilər tərəfindən işğal olunub. İşğala qədərki son bir ili Ağdaş, Yevlax və Gəncə şəhərləri Kosaları hamiliyə götürmüşdür. 
            Kosalar kənd nümayəndəliyinə 6 kənd daxil idi. Nümayəndəlik Kosalar kəndində yerləşirdi. Kəndlər: Cavadlar mərkəzi kənddən 0,9 km, Yaloba 2 km, Canhəsən 5 km, Başkənd 5 km, Qaragav 11 km aralıda yerləşirdi.  



    Kosalar toponimi XIX əsrin əvvəllərində Qarabağ xanı Mehdiqulu xana mənsub olan xəlfəli tayfasının (bu tayfa şahsevən tayfa ittifaqına daxil idi) Kosalar tirəsinin adı ilə bağlıdır. Yerli məlumata görə Kosalar yaşayış məntəqəsini keçmiş Zəngəzur qəzasının Kosalar (Ağoğlan) kəndindən köçmüş ailələr salmışlar. Bir sıra məlumatlara görə kəndi Avaz adlı igid və varlı bir kişi salıb. Kosalar kəndi Qaçaq Mahmudun (Mahmud Ələsgər oğlu Nəcəfovun) vətənidir. Ağdam, Qazax, Lerik, Lənkəran rayon­larında da Kosalar kəndi var.



    Torpaqlarımıza qarşı erməni qəsbkarları təcavüzə başlayan gündən, Kosalar kəndindən olan könüllülər özünümüdafiə dəstələri yaratdılar. Münaqişə başlayan ilk vaxtdan Qarabağın bütün ərazilərində olduğu kimi, Kosalar kəndində də əhalinin əlində olan ov silahları yığılmışdır. Buna baxmayaraq, özünümüdafiə dəstələri ayrı-ayrı rayon və hərbi hissələrdən özləri üçün döyüş silahları təmin edərək, kəndin müdafiəsini təşkil etdilər. Döyüşlərdə şəhid olan, yaralanan və itkin düşən olmasına baxmayaraq, igid oğullarımız öz Vətənini düşmənə vermədi. Öz itkisindən çox düşmənə itki verdi. Kosalar kəndini qəhrəman kənd adlandırmaq olar.



     1992-ci il may ayının 8-də Şuşa şəhəri erməni qəsbkarları tərəfindən işğal olundu. Bu xəbər kəndə mayın 9-da çatanda əhalinin son ümid çırağı da söndü. Çünki, kənd müdafiəçilərinin ərzaq, silah-sursat ilə təminatında Şuşa yeganə ümid yeri idi. Belə ki, Xocalı, Xankəndi işğal olunmuşdur. Şuşanın işğalı isə kəndin mühasirəyə düşməsinə gətirib çıxardı. Qız-gəlini çıxarmaq ümidi ilə Kosalar, Cavadlar, Başkənd, Yaloba, Canhəsən, Qaragav (Kosalar kənd nümayəndəliyi) döyüşçüləri Laçın istiqamətində geri çəkilməyə hazırlaşdılar. Artıq ermənillər bu istiqamətdə də hərbi texnika çıxardı. Əsas yolları nəzarətə götürdü. Burada da itkilər çox oldu. Məcbur olan əhali apara bilmədiyi texnikaya və daşınılmaz əmlaka “düşmənə qalmasın deyə” od vuraraq dağlarla çıxmağa məcbur oldular. Kosalar kəndi Dağlıq Qarabağda ən axırıncı işğal olunmuş yaşayış məntəqələrindən biridir.



            Kosalar sakinləri kafir ermənilərə qarşı mərdliklə döyüşüblər. Kosalar kənd sakinlərindən I Qarabağ müharibəsində 19 nəfər şəhidlik zirvəsinə ucalmışdır. 3 nəfər Milli Qəhrəman, 5 nəfər "İgidliyə görə" medalı, 1 nəfər isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. 


    Kosalar kənd sakinləri doğma torpaqlarına qayıdacağı günü səbrsizliklə və inamla gözləyirlər. 



    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib43 dəfə
    Kosalar kənd sakinləri doğma torpaqlarına qayıdacağı günü səbrsizliklə inamla gözləyirlər

    Maraqlı gələ bilər
    51
    49
    34